İyulda daşınmaz əmlakın icbari sığortasından daxilolmalar artıb

İyulda daşınmaz əmlakın icbari sığortasından daxilolmalar artıb
# 04 avqust 2017 13:35 (UTC +04:00)

2017-ci ilin iyul ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8076 sığorta müqaviləsi bağlanılıb. İcbari SığortA Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1 282 916 manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6062-si yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1999-u isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR