Bağdadın inzibati rayonu reaktiv raketlərdən atəşə tutulub

Bağdadın inzibati rayonu reaktiv raketlərdən atəşə tutulub
# 11 fevral 2017 19:53 (UTC +04:00)

İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona” adlandırılan inzibati rayonu reaktiv raketlərdən atəşə tutulub. APA-nın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi xəbərə görə, atəş bu dəqiqələrdə də davam etdirilir. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Bağdadda kütləvi etirazlar zamanı iğtişaşlar baş verib. Son məlumata görə, etirazçılarla polis arasında toqquşmalarda 7 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR