Balakəndə narkotik satışı ilə məşğul olan şəxs tutulub

Balakəndə narkotik satışı ilə məşğul olan şəxs tutulub
# 20 yanvar 2017 10:23 (UTC +04:00)

Balakən rayonunda xeyli miqdarda narkotik aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kənd sakinləri Şümeysət Əliyevanın və qızı İlahənin yaşadıqları evə baxış zamanı 3 kiloqram 446,27 qram marixuana aşkar edilərək götürülüb.

Həmin narkotik vasitəni (gələcəkdə satmaq məqsədi ilə) onlara satmaq üçün verən Mahamalar kənd sakini Kamran Babayev müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 46,93 qram marixuana da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR