MM Cinayət-Prosessual Məcəlləsinə təklif edilən yeni maddəni qəbul edib

MM Cinayət-Prosessual Məcəlləsinə təklif edilən yeni maddəni qəbul edib
# 01 dekabr 2017 14:04 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında barəsində qətimkan tədbiri seçilən şəxslərə nəzarət məqsədi ilə elektron nəzarət vasitələrinin tətbiq edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət-Prosessual Məcəlləsinə yeni 156-1 (Qətimkan tədbirləri üzrə elektron nəzarət vasitələrinin tətbiqi) maddəsinin əlavə edilməsi təklif olunur.

Maddəyə görə, elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələri yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir. Bu barədə protokol tətbiq edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR