Bakıda və Biləsuvarda 3 otaqlı, Gədəbəydə 5 otaqlı ev yanıb

Bakıda və Biləsuvarda 3 otaqlı, Gədəbəydə 5 otaqlı ev yanıb
# 03 dekabr 2017 21:58 (UTC +04:00)

Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Gədəbəy rayonu, Başkənd kəndində ümumi sahəsi 132 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə, digər otaqların tavanı 80 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR