“Otto” qasırğası Kosta-Rikada 10 nəfərin ölümünə səbəb olub

“Otto” qasırğası Kosta-Rikada 10 nəfərin ölümünə səbəb olub
# 28 noyabr 2016 00:48 (UTC +04:00)

Kosta-Rikada “Otto” qasırğası nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 nəfərin öldüyü, ölkədə üç günlük matəm elan edildiyi bildirilirdi.

Fövqəladə hallar üzrə milli komissiyanın məlumatına əsasən, təbii fəlakətdən Kosta-Rikada 11 min nəfər əziyyət çəkib, bir çox avtomagistrallar yararsız vəziyyətə düşüb. Ümumilikdə, “Otto” qasırğası ölkə iqtisadiyyatına 13 milyon dollar həcmində ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR