İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 06 aprel 2018 08:11 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın alt geyimində 4 bükümdə xalis çəkisi 0,682 qram olan narkotik vasitə - heroin, 5 bükümdə və 17 ədəd kiçik ölçülü plastik çubuqlarda isə ümumi xalis çəkisi 3,204 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bundan başqa, vətəndaşın üzərində 5 ədəd klonazepam adlı həblər, 96 ədəd həb və 29 ədəd kapsul şəklində isə preqabalin adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, klonazepam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Aşkar edilən 5 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram, 96 ədəd həbdə və 29 ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı isə 18,3 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR