MÜSİAD: Türkiyə və azərbaycanlı iş adamları ilə birgə yeni layihələr həyata keçirəcəyik

MÜSİAD: Türkiyə və azərbaycanlı iş adamları ilə birgə yeni layihələr həyata keçirəcəyik
# 25 noyabr 2017 10:04 (UTC +04:00)

Azərbaycanda Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) fəaliyyətə başlayıb.

APA-Economics”in məlumatına görə, MÜSİAD-in Azərbaycan şöbəsi 1 iyun 2017-ci ildən fəaliyyətdədir. Azərbaycan İdarə Heyətinin sədri Abdurrahman Uzun bildirib ki, Azərbaycan təmsilçiliyinin 35 üzvü var. Onun sözlərinə görə, MÜSİAD Azərbaycana üzv olan şirkətlər inşaat, maliyyə, xidmət, kənd təsərrüfatı, mətbəə sahəsində fəaliyyət göstərir. Birinci ilin sonunda bu şirkətlərin sayı 100, 3 ilin sonunda isə 500 üzvə çatdırılacaq.

“Hazırda dünya iqtisadiyyatında böyük rəqabət mövcuddur. Bu rəqabətə davam gətirmək üçün birlikdə yeni müasir layihələr həyata keçirilməlidir. Biz Türkiyə və Azərbaycan iş adamları birgə fəaliyyəti məqsədəuyğun sayırıq. Azərbaycan və türk iş adamlarının üçüncü ölkələrdə birgə layihələr həyata keçirilməsini hədəfləyirik. Dünya iqtisadiyyatında baş verən proseslərin, xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün yeni investisiya layihələri həyata keçirilməli və sərmayələrin həcmi artırılmalıdır. Türkiyə iqtisadiyyatı davamlı olaraq müxtəlif dövrlərdə xarici iqtisadi şokların təsirinə məruz qalıb və Türkiyəli iş adamları iqtisadiyyatın mənfi təsirlərinin azaldılmasının yollarını bilirlər. Xarici iqtisadi təhlükələrin qarşısının almağının başlıca yolu psixoloji şokdan yaxa qurtarmaqdır. Biz bununla bağlı azərbaycanlı iş adamları ilə öz təcrübələrimizi bölüşəcəyik”, deyə A. Uzun bildirib.

A. Uzun qeyd edib ki, milli və beynəlxalq səviyyədə müstəqil və neytral hərəkət edən iş adamları dərnəyi olaraq əvvəlcədən müəyyən edilən prinsip və dəyərləri paylaşaraq üzvlərimizin sayını artırmaq, üzvlərin arasındakı həmrəyliyi inkişaf etdirtmək və öz aramızda təmin etdiyimiz bu birlik və bərabərlik ruhu ilə ölkələrimizin maddi və mənəvi baxımından inkişaf etməsində inkişaf etməkdir: “Azərbaycan və Türkiyə İş Dünyasının prinsipial və dəyər əsaslı sahibkar iş adamlarını adil dünya idealı ilənovator şəraitində görüşdürmək, qardaşlıq şüurunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçılarından olmaqdır”.

O bildirib ki, MÜSİAD Azərbaycanın məqsədləri şəxsi, təşkilatı, sektor, mədəni və ictimai inkişafa nail olmaqdır: “Qurum 2018-ci ildə sahibkarları bir araya gətirib biznes ortaqlığı yaratmaq və biznes fəaliyyətini inkişaf etdirmək məqsədi ilə MÜSİAD-in şöbəsi olan 4 ölkəyə işgüzar səfər təşkil etmək niyyətindədir”.

Qeyd edək ki, MÜSİAD 9 may 1990-cı ildə İstanbulda qurulan iş adamları dərnəyidir. Dərnək 68 ölkədə fəaliyyət göstərən 181 şöbəsi, 11 mindən çox üzvü, 50 mindən çox müəssisəsi təmsil edir və 1 600 000 işçini işlə təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR