Aİ Ali Nümayəndəsi: "İranın nüvə sazişi üzrə öhdəliklərdən imtina etməsindən təəssüflənirəm"

Aİ Ali Nümayəndəsi: "İranın nüvə sazişi üzrə öhdəliklərdən imtina etməsindən təəssüflənirəm"
# 06 yanvar 2020 15:20 (UTC +04:00)

"İranın Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı son bəyanatından dərin təəssüf hissi keçirirəm".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel "Twitter" səhifəsində yazıb.

"Həmişə olduğu kimi Beynəlxalq Atom Enerji Agentliyinin yoxlamalarına etibar edəcəyik. Bütün iştirakçılar tərəfindən nüvə sazişinin tam şəkildə həyata keçirilməsi regional sabitlik və qlobal təhlükəsizlik üçün hər zamankındən daha vacibdir. Bundan sonra daim irəliyə doğru bütün tərəflərlə işləməyə davam edəcəyəm", - deyə Aİ-nin Ali Nümayəndəsi qeyd edib.

Xatırladaq ki, İran bəyanat yayaraq elan edib ki, nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atıb və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR