Ukraynada Azərbaycan diaspor təşkilatları birləşib

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşib
# 19 iyul 2018 17:05 (UTC +04:00)

Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb.

Bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib.

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.

İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR