Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
# 06 mart 2018 19:42 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Azərbaycan prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR