Xaçmazda ötən il baş verən oğurluq faktının üstü açılıb

Xaçmazda ötən il baş verən oğurluq faktının üstü açılıb
# 07 aprel 2017 12:05 (UTC +04:00)

Xaçmaz rayonunda ötən il baş verən oğurluq faktının üstü açılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, ötən ilin oktyabr ayının 30-da Xaçmaz Telekommunikasiya Qovşağına məxsus 60 metr uzunluğunda rabitə xəttinin oğurlayan şəxslər saxlanılıb. Aparılan əməliyyat axtarış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1987-ci il təvəllüdlü Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunan Məmmədov Əkbər Şamil oğlu olduğu müəyyənləşib.

İstintaq tədbirləri nəticəsində Ə.Məmmədovun daha bir oğurluq etdiyi aydınlaşıb. Onun Xaçmaz “Avtonəqliyyat” ASC-nin həyətindən 700 manat dəyərində olan, 75 kilovatlıq işıq generatorunu qanunsuz yolla apardıqları məlum olub.

Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR