Rusiya XIN rəhbəri Türkiyəyə səfər edib

Rusiya XIN rəhbəri Türkiyəyə səfər edib
# 30 noyabr 2016 21:05 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, S.Lavrov dekabrın 1-də Alanyada keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun beşinci toplantısında iştirak edəcək.

Rusiya XİN rəhbəri səfər çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Danışıqların əsas mövzusunu Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyət, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR