ABŞ-da gecə klubunda baş verən yanğın nəticəsində ölənlərdən 33-ün şəxsiyyəti müəyyənləşib

ABŞ-da gecə klubunda baş verən yanğın nəticəsində ölənlərdən 33-ün şəxsiyyəti müəyyənləşib
# 06 dekabr 2016 01:32 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölən 36 nəfərdən 33-ün şəxsiyyəti artıq müəyyənləşib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, dəhşətli yanğın zamanı həyatını itirənlər arasında 3 əcnəbi olub. Onların Finlandiya, Cənubi Koreya və Qvatemala vətəndaşları olduğu bildirilir.

Dekabrın 3-də baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hadisə baş verdiyi an gecə klubunda 50-dən 100-dək insan olub. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb. İlkin məlumata görə, ikimərtəbəli tikilidə yanğınsöndürmə sistemi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR