Mağazadan naqil oğurlayan şəxslərdən biri məhkəmə zalından azadlığa buraxılıb

Mağazadan naqil oğurlayan şəxslərdən biri məhkəmə zalından azadlığa buraxılıb
# 10 noyabr 2016 14:27 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elxan Muxtarov və Samir Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Samir Aslanov 6 il müddətinə azadlıqdan məhrum edilib. E. Muxtarov isə 1000 manat cərimə olunaraq, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində tikinti materialları satılan mağazalardan naqil oğurlamaqda ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR