Qazaxda kütləvi dava olub, xəsarət alanlar var

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var
# 06 iyul 2018 20:01 (UTC +04:00)

Qazax rayonunda kütləvi dava baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Aslanbəyli kəndində qeydə alınıb.

Bir neçə nəfər arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Aslanbəyli kənd sakinləri, 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR