Bakı. Faiq Mahmudov - APA. Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun qarşılanma mərasimi olub.
APA-nın məlumatına görə, qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Daha sonra Aİ və Azərbaycanın himni səsləndirilib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasiminin ardınca prezidentlər arasında geniş tərkibli görüş başlayıb.