Cəlilabadda zərərvericilər meyvə ağaclarına hücum edib - FOTO

Cəlilabadda zərərvericilər meyvə ağaclarına hücum edib - FOTO
# 07 mart 2019 12:15 (UTC +04:00)

Cəlilabadda zərərvericilər kütləvi şəkildə meyvə ağaclarına hücum edib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, zərərvericilər rayonda meyvə ağaclarını yararsız hala salıb. Zərərvericilər əsasən calaq olunmuş şaftalı, ərik, alça, gilas ağaclarında müşahidə edilir. Zərərvericilərin yayıldığı ağaclar qəfildən quruyur.

Rayon sakinlərinin sözlərinə görə, zərərvericilər badam kökü üzərində calaq olunmuş ağac kötüklərində daha yaxşı inkişaf edirlər. Əvvəl soxulcan şəklində olsalar da, sonradan böcək halına çevrilib uçurlar. Qabaqlayıcı tədbirlər aparılan həyətyanı sahələrdə də zərərvericilərə rast gəlinir.

Cəlilabad rayon Bitkilərin Mühafizə İdarəsindən ONA-ya bildirilib ki, bu zərərvericilər may böcəyi adlanır və ağaclara düzgün aqrotexniki qulluq aparılmadıqda yayılır. Bu kimi problemlərlə rastlaşan bağ sahibləri Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR