Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər tutulub

Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər tutulub
# 20 dekabr 2016 08:50 (UTC +04:00)

Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR