Bakıda avtomobil beton maneəyə çırpılıb, sürücü xəsarət alıb

Bakıda avtomobil beton maneəyə çırpılıb, sürücü xəsarət alıb
# 15 yanvar 2018 00:34 (UTC +04:00)

Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, prospektlə Koroğlu Rəhimov küçəsi istiqamətində hərəkətdə olan 99-LF-569 qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və müayinələr aparılıb. Məlum edilib ki, yol sürüşkən olduğu üçün sürücü idarəetməni itirib və qəza törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR