Yeni Zelandiyanın baş naziri istefa verib

Yeni Zelandiyanın baş naziri istefa verib
# 05 dekabr 2016 01:48 (UTC +04:00)

Yeni Zelandiyanın baş naziri Con Key istefa verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazir bunu keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında bəyan edib.

C.Key qərarının şəxsi xarakterli səbəblərlə bağlı olduğunu izah edib.

Gözlənildiyinə görə, onu Yeni Zelandiya parlamentinin deputatı Bill İnqliş əvəzləyəcək. Dekabrın 12-də hakim Milli partiyası bununla bağlı qərar verəcək. Qeyd edək ki, Con Key 2008-ci ildən Yeni Zelandiyanın baş naziri postunda çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR