İran “Həmadan” aviabazasının Rusiyanın istifadəsinə verilməsi məsələsinə yenidən baxmağa hazırdır

İran “Həmadan” aviabazasının Rusiyanın istifadəsinə verilməsi məsələsinə yenidən baxmağa hazırdır
# 27 dekabr 2016 18:36 (UTC +04:00)

İran “Həmadan” bazasının Rusiya aviasiyasının istifadəsinə verilməsi məsələsinə yenidən baxmağa hazırdır. APA-nın xəbərində görə, bunu RT telekanalına müsahibəsində İranın müdafiə naziri general Hüseyn Deqhan deyib.

O qeyd edib ki, İran terrorla mübarizədə Rusiya ilə əməkdaşlıq etdiyinə görə, bu ölkəyə məxsus hərbi təyyarələrinin uçuş-enişinə “bəzi güzəştlər” tətbiq edib.

“Zərurət yaranacağı təqdirdə, istənilən an və əgər Rusiya həmin güzəştlərin təkrar tətbiq edilməsini xahiş edərsə, biz, vəziyyəti nəzərə alaraq, məsələyə baxacağıq və müvafiq qərar verəcəyik”, deyə nazir qeyd edib.

Hüseyn Deqhan İranın bazalarının istənilən vaxt istifadəsinə dair Rusiya ilə saziş imzalamadığını bildirib: “Lakin İran bu məsələdə yardım etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR