Bakıda qadın spirtli içkidən zəhərlənərək ölüb

Bakıda qadın spirtli içkidən zəhərlənərək ölüb
# 19 oktyabr 2016 08:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qadın spirtli içkidən zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Rayon sakini, 1974-cü il təvəllüdlü Səbinə Ələkbərova alkoqoldan zəhərlənib. Xəstəxanaya yerləşdirilən S. Ələkbərova orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR