Ermənistanda KTMT ölkələri dövlət başçılarının sammiti keçirilir

Ermənistanda KTMT ölkələri dövlət başçılarının sammiti keçirilir
# 14 oktyabr 2016 14:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İrəvanda, Ermənistan prezidentinin iqamətgahında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, iclasda Tacikistan, Qırğızıstan, Belarus və Rusiya dövlət başçısı səviyyəsində, Qazaxıstan isə baş nazir səviyyəsində təmsil olunur. Toplantıda beynəlxalq vəziyyət, kollektiv təhlükəsizliyin təminatı ilə bağlı aktual məsələlər, terrorizmə qarşı mübarizə müzakirə məsələləri olunacaq, Kollektiv Təhlükəsizlik Strategiyası nəzərdən keçiriləcək. Sonda bir sıra siyasi bəyanatların qəbulu gözlənilir.

Sonda KTMT-yə sədrlik Ermənistandan Belarusa keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR