Taksi sürücüsünü boğaraq pulunu götürən şəxslərə hökm oxunub

Taksi sürücüsünü boğaraq pulunu götürən şəxslərə hökm oxunub
# 21 sentyabr 2017 09:11 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və soyğunçuluqda təqsirləndirilən Hüseyn Səfərzadə və Elməddin Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror H. Səfərzadənin 10 il, E. Rəhimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

E. Rəhimov isə son sözündə deyib ki, bundan əvvəl adam öldürüb 9 il cəza alıb, 7 ildən sonra azadlığa çıxıb. O, məhkəmədən yüngül cəza istəyib. H. Səfərzadə isə 6 aylıq qızının olduğunu deyib, ailə vəziyyətinin nəzərə alınmasını istəyib.

Daha sonra hökm oxunub. Hökmə əsasən, H. Səfərzadə 8 il 6 ay , E. Rəhimov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, onlar taksi sürücüsünə hücum edərək onu iplə boğub, cibində olan 315 manatı götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR