Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var

Bakıda 2 avtomobil toqquşub, xəsarət alan var
# 20 fevral 2020 15:58 (UTC +04:00)

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza Buzovna qəsəbəsində baş verib. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərin birində olan sərnişin, 1957-ci il təvəllüdlü Məmmədova Yasəmən Rauf qızı xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, alın nahiyəsinin dərialtı hematoması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR