BFB-nin dövriyyəsi 2,4 dəfə artıb

BFB-nin dövriyyəsi 2,4 dəfə artıb
# 11 avqust 2017 15:50 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,38 dəfə artaraq 5 mlrd. 337 mln. 804 min 789,37 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 7 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 5,43 dəfə artaraq 1 mlrd. 609 mln. 914 min 321 manat təşkil edib.

Hesabat dövründə pay bazarında və borc alətləri bazarında isə ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 25,37 dəfə artaraq 667,631 mln. manata, borc alətləri bazarı 11,4 dəfə artaraq 470 mln. 482 min 898 manata yüksəlib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçandır. Ötən ilin ilk 7 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 37,52% artaraq 2 mlrd. 578,198 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR