2017-ci ildə banklar 5 mlrd. manata yaxın kredit verib

2017-ci ildə banklar 5 mlrd. manata yaxın kredit verib
# 09 fevral 2018 13:57 (UTC +04:00)

“Müştərilər haqqında mümkün olan bütün məlumatları toplayıb, bu məlumatları emal edirik. Ancaq təəssüf ki, bu gün bütün məlumatları avtomatik olaraq hər hansı bir bazadan almaq mümkün deyil”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, müştəri vasitəsilə bu məlumatların toplanılması və emalı həm zaman etibarı ilə vaxt alır, həm də kreditlərin verilməsi zamanı maya dəyərini yüksəldir: “Kredit Bürosunun yaradılmasına əsas məqsədlərdən bir də ondan ibarətdir ki, bu cür məlumat bazası bir yerdə formalaşmış olsun, vətəndaşın bütün mümkün məlumatları, yəni kommunal xidmətlər, həmçinin bank və maliyyə sektorunda olan məlumatları vahid bazaya toplanmış olsun və orada emal olunaraq banklar yalnız özünə lazım olan məlumatı almış olsun”.

O qeyd edib ki, artıq müştəri banka yaxınlaşdığı zaman, sürətli bir şəkildə bu məlumatı əldə edə biləcək: “Yəni, biz də anında müştəriyə verə biləcəyimiz məbləğdə kreditləri hesablaya biləcəyik. Bildiyiniz kimi, bir çox banklar öz sistemlərində buna bənzər kalkulyatorları qurublar. Vətəndaşlar da burdan ala biləcəyi kreditləri müəyyənləşdirə bilir. Lakin, bu, həm prosesin uzanmasına, həm də maliyyənin yüksəlməsinə səbəb olur. Vahid baza olduqdan sonra biz bunu daha sürətlə həyata keçirə biləcəyik, həm də kredit daha ucuz başa gələcək. Bu da imkan verəcək ki, banklar hüquqi, xüsusən də fiziki şəxslərin kreditləşdirilməsini daha da genişləndirə bilsinlər”.

Z. Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən 5 mlrd. manata yaxın kredit verilib: “Hədəfimiz 2018-ci ildə bu rəqəmin xeyli yüksəldilməsindən ibarətdir. Düşünürəm ki, həyata keçirdiyimiz bu cür layihələr imkan verəcək ki, kreditləşmənin həcmini artıraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR