DGK sədri Saatlıda vətəndaşları qəbul edəcək

DGK sədri Saatlıda vətəndaşları qəbul edəcək
# 14 noyabr 2016 07:04 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev noyabrın 18-də saat 11:00-da Saatlı şəhərindəki Gənclər Mərkəzində (Heydər Əliyev meydanı) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Saatlı, Şirvan, Sabirabad, İmişli, Beyləqan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 17-si saat 11:00-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: ((021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR