Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb

Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb
# 06 iyul 2017 09:40 (UTC +04:00)

Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Qalacıq və İstisu kəndlərində seçicilərini qəbul edib, onların problemləri ilə maraqlanıb.

APA-nın məlumatına görə, İstisu kənd sakinləri millət vəkilinə yeni məktəb binasının inşası ilə bağlı müraciət ediblər, həmçinin kəndə gedən yolun asfaltlanmasına köməklik göstərilməsini xahiş ediblər.

Digər müraciətlər isə sosial məsələlərlə bağlı olub.

N. Aslanov bu məsələlərin həlli istiqamətində əlaqədar qurumlara müraciət ediləcəyini bildirib.

Qeyd edək ki, kəndlərdə keçirilən səyyar görüşlər zamanı N. Aslanova şəxsi problemlər barədə də müraciətlər edilir. Qaldırılan məsələlərdən əsasən müalicə və təhsil haqqının ödənişi həmişə deputatın diqqət mərkəzində olub. Belə problemlərin həlli üçün millət vəkili bütün mümkün imkanlardan istifadə edərək ərizəçilərə köməklik göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR