Azərbaycan Milli Depozit Mərkəzində qeydə alınan əqdlərin həcmi azalıb

Azərbaycan Milli Depozit Mərkəzində qeydə alınan əqdlərin həcmi azalıb
# 24 iyul 2018 10:38 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycan Milli Depozit Mərkəzində (MDM) qeydiyyata alınmış birja əqdlərinin sayı 284, həcmi isə 52 683 537 manat təşkil edib. Əqdlərin sayının artmasına baxmayaraq, həcmi əvvəlki aya nisbətən 31,16% azalıb. 2017-ci ilin iyun ayı ilə müqayisədə əqdlərin sayı 110 ədəd artıb, həcmi isə 36% azalıb.

"APA-Economics"in MDM-ə istinadən verdiyi məlumata görə, iyunda qeydiyyata alınmış birjadankənar əqdlərin sayı 26, həcmi isə 25 058 309 manat təşkil edib. Bu da həcm baxımından əvvəlki ayla müqayisədə 8,81%, ötən ilin iyun ayına nisbətən isə 9,1 dəfə çoxdur.

Hesabat ayında MDM-də həcmi 1 mlrd. 128 mln. 700 min manat təşkil edən 127 əlavə emissiya üzrə əqd qeydiyyata alınıb ki, əqdlərin ümumi həcmi bu ilin may ayına nisbətən 16,65% azalıb və ötən ilin iyun ayı ilə müqayisədə isə 2,18 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR