Lənkəran sakini döyülərək xəsarət alıb

Lənkəran sakini döyülərək xəsarət alıb
# 13 aprel 2018 19:23 (UTC +04:00)

Lənkəranda 60 yaşlı qadın döyülüb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Kənarmeşə kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1958-ci il təvəllüdlü Sünbülə Fərman qızı Hüseynova döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S. Hüseynova təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, S. Hüseynova qızı tərəfİndən döyülüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR