Venesuelada seçki məntəqəsində iki nəfər öldürülüb

Venesuelada seçki məntəqəsində iki nəfər öldürülüb
# 30 iyul 2017 18:43 (UTC +04:00)

Venesuelanın Merida ştatında seçki məntəqəsinin yaxınlığında iki nəfər qətlə yetirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, öldürülənlərdən biri seçki keçirilən təhsil mərkəzinin mühafizəçisi olub.

Bu gün Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir, seçkilər ərəfəsində küçə etirazlarına qadağa qoyub.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR