Bakıda naməlum kişi narkotikdən zəhərlənərək ölüb

Bakıda naməlum kişi narkotikdən zəhərlənərək ölüb
# 05 fevral 2020 10:54 (UTC +04:00)

Bakıda naməlum kişi meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon ərazisindəki küçələrdən birində şəxsiyyəti bilinməyən, təxminən 45-55 yaşlarında kişi meyiti aşkarlanıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib.

Meyin ilkin müayinə zamanı onun qəbul etdiyi narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR