Qusarda 42 yaşlı qadın özünü yandırıb

Qusarda 42 yaşlı qadın özünü yandırıb
# 25 fevral 2019 12:08 (UTC +04:00)

Qusar rayonunda intihara cəhd faktı qeydə alınıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çubuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Elnarə Salahova ağır yanıq xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan qadın müalicə üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR