Bu gün günorta saatlarında Bakı-Quba yolunda baş verən zəncirvari qəza nəticəsində ölənlərin sayı artıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabranın Ağalıq kəndi ərazisində “TIR”la 3 minik avtomobilinin toqquşması nəticəsində ölənləri sayı 2-yə çatıb. Qəza nəticəsində 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı və 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu dünyasını dəyişib.
Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu, Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu və Səlminaz Babayeva isə xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
13.47
Bakı-Quba yolunda zəncirvari qəza baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “TIR” 3 minik avtomobili ilə toqquşub. Hadisədən sonra yük maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var.
Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlk ehtimala görə hadisə "TIR"-da yaranan texniki nasazlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.