Rusiyanın Xabarovsk şəhərindəki “Delfin” idman kompleksinin hovuzunda xlor sızması nəticəsində aralarında uşaqlar olmaqla 15 nəfər zəhərlənib, onlardan səkkizi xəstəxanaya yerləşdirilib.
"Moskovskiy Komsomolets" xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, xlor binanın zirzəmisindəki texniki otaqda ayrılıb və qaz hovuzun yerləşdiyi sahəyə yayılıb. Hadisə zamanı hovuzda təxminən 30 nəfər olub.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Hazırda hadisənin səbəbləri və xlor sızmasına görə məsul şəxslər araşdırılır.