"Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi monetar islahatlar proqramı hazırlayıb".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, hazırda bu proqram Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə olunur: "Monetar islahatlar proqramının qəbulundan sonra ölkənin effektiv pul bazarının formalaşdırılması işləri başa çatdırılacaq".