Bank Of Baku

Tbilisidə polis etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB

Tbilisidə polis etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB
# 13 may 2024 06:50 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları xarici agentlər haqqında qanun layihəsinə qarşı Tbilisidə keçirilən mitinq iştirakçılarını parlament binasından uzaqlaşdırmağa başlayıblar.

APA xəbər verir ki, Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını deputatların və parlament əməkdaşların işləməsinə icazə vermək məqsədilə qanunverici orqanın xidməti girişlərinin yerləşdiyi ərazini boşaltmağa çağırıb.

Nümayişçilər polisin əmrinə tabe olmaqdan imtina edirlər.

Zaman-zaman polislə qarşıdurma yaşanır.

Saxlanılanlar barədə məlumat verilmir.


***
00:11

Gürcüstanın paytaxtı Tbilsiidə xarici agentlər haqqında qanun layihəsinin əleyhdarları yenidən parlament binasınının qarşısına toplaşaraq etiraz ediblər.

APA xəbər verir ki, aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.

Artıq məlumdur ki, hüquq məsələləri komitəsinin iclasında parlamentin qanun layihəsinə üçüncü oxunuşda baxılmasının qarşısını almaq üçün mitinq iştirakçıları gecəni prospektdə keçirəcəklər.

Polis parlament binasının kənarlarında yerləşən qapıları möhkəmləndirib.

Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirdiyinə görə, mayın 14-də ölkənin qanunverici orqanı xarici agentlər haqqında qanuna üçüncü oxunuşda baxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR