Faiz dərəcəsinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə xüsusi proqramı hazırlanıb

Faiz dərəcəsinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə xüsusi proqramı hazırlanıb
# 22 sentyabr 2017 11:17 (UTC +04:00)

"Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi monetar islahatlar proqramı hazırlayıb".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda bu proqram Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə olunur: "Monetar islahatlar proqramının qəbulundan sonra ölkənin effektiv pul bazarının formalaşdırılması işləri başa çatdırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR