ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib
# 14 oktyabr 2017 10:38 (UTC +04:00)

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR