Fransada silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb

Fransada silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb
# 23 noyabr 2017 03:16 (UTC +04:00)

Fransa polisi Reyms şəhərində Milad bazarına silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat Reyms şəhərində, həmçinin Ob və Ardenn departamentlərində həyata keçirilib.

Saxlanılanların kimliyi barədə məlumat verilmir. “Franceinfo” radiostansiyasının xəbərinə görə, axtarış zamanı onlardan odlu silahlar götürülüb.

Reyms şəhərində Milad bazarı ənənəvi olaraq noyabrın 23-dən dekabrın 27-dək davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR