Meksikanın kurort şəhərində naməlum şəxslər 6 nəfəri güllələyib

Meksikanın kurort şəhərində naməlum şəxslər 6 nəfəri güllələyib
# 05 yanvar 2017 03:13 (UTC +04:00)

Meksikanın Akapulko kurort şəhərində silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə silahlı şəxs ərzaq bazarında atəş açaraq 6 nəfəri güllələyib.

Qerrero ştatının təhlükəsizlik xidmətinin açıqlamasına əsasən, beş nəfər hadisə yerində, daha bir nəfər isə aldığı yaralardan xəstəxanada keçinib.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR