Salyanda avtomobil iki piyadanı vurub, 7 yaşlı oğlan ölüb

Salyanda avtomobil iki piyadanı vurub, 7 yaşlı oğlan ölüb
# 19 oktyabr 2017 07:46 (UTC +04:00)

Salyan rayonunda avtomobil iki piyadanı vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən 7 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur. Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən sürücü isə qaçıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR