İnsan alverinin qurbanı olan kişilərin sayı artıb

İnsan alverinin qurbanı olan kişilərin sayı artıb
# 18 oktyabr 2017 08:22 (UTC +04:00)

“Son 10 ildə insan alverinin qurbanı olan kişilərin sayı artıb”.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbirdə deyib.

S. Aktoprak bildirib ki, 2015-ci ildə insan alverinin qurbanı olan kişilərin sayı qadınların sayından çox qeydə alınıb: “Belə ki, 2006-cı ildə insan alveri qurbanlarının 84%-i qadın idisə, indi bu rəqəm 43 faizə düşüb”.

S. Aktoprak qeyd edib ki, 2014-2016-cı illərdə insan alveri ilə bağlı qeydə alınan cinayətlərin 77%-i transmilli xarakter daşıyıb: “İnsan alveri qurbanlarının 50-%-i 22-37 yaş arasındadır. İnsan alverinin qurbanı ola kişilər ortalama 30, qadınlar isə 29 yaşındadır. 2006-2016-cı illərdə 50 minə yaxın insana Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən yardım edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR