Ucar şəhər stadionu yararsız vəziyyətə düşüb

Ucar şəhər stadionu yararsız vəziyyətə düşüb
# 18 aprel 2017 15:31 (UTC +04:00)

Ucar rayonunda stadion bərbad vəziyyətdədir.

APA-nın yerli bürosunun xəbərinə görə, sahəsi təxminən bir hektar olan stadion baxımsızlıq ucbatından artıq istifadəyə yararsız hala düşüb, ərazini kol-kos və qamışlıq basıb. Stadionun oturacaqları tamamilə dağılıb. İllər öncə həmin ərazidə rayon tədbirləri keçirilib. Gənclər asudə vaxtlarını səmərəli keçirmək üçün stadiondan istifadə ediblər. Amma indi sakinlər hansısa tədbirin keçirilməsinə zərurət yarandıqda qonşu rayonlara gedirlər. Bu da sakinlərin həm vaxt itkisinə, həm də əlavə xərc çəkməsinə səbəb olur.

Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva məsələ ilə bağlı APA-ya bildirib ki, stadion Ucar Pambıqtəmizləmə Zavodunun balansındadır. Bu səbəbdən Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR