SOCAR: İstiqrazlar üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub

SOCAR: İstiqrazlar üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub
# 18 oktyabr 2016 08:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 20 sentyabr - 10 oktyabr tarixlərində satışa çıxarılan SOCAR İstiqrazları üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub. "APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, 2021-ci ilədək SOCAR bazarda daim tənzimləyici və alıcı qismində iştirak edərək, buraxılan istiqrazları satmaq istəyən investorlardan nominal qiymətdən - 1000 dollardan alacaq: "Bu istiqrazları alan hər bir investor istədiyi vaxt sahibi olduğu istiqrazları sata bilər. Hətta bu gün də istiqrazları sata bilərlər. Bu halda bir günün faizləri belə istiqraz sahiblərinə ödəniləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR