İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək

İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək
# 01 fevral 2017 13:28 (UTC +04:00)

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.


APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən “Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.
Bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.

Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol veriləcək.

Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR