Yevlaxda canavarlar bir qoyunu parçalayıb, ikisini yaralayıb

Yevlaxda canavarlar bir qoyunu parçalayıb, ikisini yaralayıb
# 26 fevral 2019 23:34 (UTC +04:00)

Bu gün Yevlaxda günorta saatlarında canavarlar xırdabuynuzlu heyvanlara hücum edib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Ərəbbəsrə kəndində baş verib.

Günorta saatlarında kəndin yaxınlığındakı otlaqda yırtıcılar kənd sakini Qoca Abbasova məxsus xırdabuynuzlu heyvanlara hücum edib. Canavarlar qoyunlardan birini parçalayıb, ikisini isə ölümcül yaralayıb.

Yalnız kənd sakinlərinin səs-küyü yırtıcıları ərazidən uzaqlaşmağa məcbur edib.

Sakinlərin bildirdiyinə görə, əvvəllər də kənd ərazisində oxşar hadisələr yaşanıb.

Bir neçə ay öncə axşam vaxtı kənd sakini Elşən İbrahimoğlunun həyətinə soxulan canavarlar 5 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Yırtıcıların günorta saatlarında hücumu isə ilk dəfədir ki baş verir.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR