Trampın müşaviri: “Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir”

Trampın müşaviri: “Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir”
# 12 dekabr 2016 19:07 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq tezdir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ yeni seçilən prezidenti Donald Trampın müşaviri Karter Peyc Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib.

“Düşünürəm ki, Rusiyaya qarşı sanksiyaların götürülməsi perspektivlərindən danışmaq hələ tezdir. Buna baxmayaraq, ABŞ-Rusiya münasibətlərinin perspektivinə nikbin baxıram. Bunun üçün sədaqətli tərəfdaş olmaq və təsir dairələri uğrunda mübarizə aparmağa son qoymaq lazımdır. Təhlükəsizliklə bağlı problemlərlə yanaşı diqqətimizi iqtisadiyyat məsələlərinə yönəldə bilsək, tezliklə uğur əldə edə bilərik”, deyə K.Peyc bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR